«Azər-Türk Bank» tələbələr üçün kredit təklif edir

«Azər-Türk Bank» tələbələr üçün kredit təklif edir
# 13 dekabr 2012 06:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC Azərbaycan vətəndaşları və qeyri-rezidentlər üçün yeni «Tələbə krediti» məhsulunu təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, təhsil ödənişlərində tələbələrə məbləğləri hissə-hissə ödəmək imkanı yaradan «Tələbə krediti»nin maksimal məbləği 4 min manat, müddəti isə 12 ay ola bilər.

Kredit müddətindən asılı olaraq illik 23-25% (effektiv dərəcə – illik 12,89-14,05%) təşkil edir. Bu məhsul üzrə 1 zamin tələb olunur. Zamin qismində 1-ci dərəcəli qohumlar (ata, ana, həyat yoldaşı) və 2-ci dərəcəli qohumlar (dayı, əmi, xala, bibi, qardaş, bacı, baba, nənə) da çıxış edə bilər. Tələbələri təmsil edən zaminlər iş yerindən arayış yaxud kredit məbləğinin 40%-i dəyərində qızıl/depozit təqdim edə bilərlər.

Bankın məhsulları və xidmətləri haqqında əlavə məlumat almaq üçün 464 42 12 (12-19) nömrəsinə zəng edərək və yaxud http://www.azerturkbank.biz/PrivateStudentLoans.html internet səhifəsinə daxil olaraq müraciət etmək olar.

Xatırladaq ki, «Azər-Türk Bank» 1995-ci ildə təsis edilib. Bankın səhmdarları «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit», «Ziraat Bank International AG» və «Turanbank»dır. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR