Bank Of Baku

BBC 6 reportyorunu Fələstin yönümlü tvitlər paylaşmasına görə efirdən uzaqlaşdırıb

BBC 6  reportyorunu Fələstin yönümlü tvitlər paylaşmasına görə efirdən uzaqlaşdırıb
# 17 oktyabr 2023 13:06 (UTC +04:00)

BBC 6 Yaxın Şərq reportyorunu Fələstin yönümlü tvitləri paylaşması və ya bəyənməsini əsas gətirərək efirdən uzaqlaşdırıb.

APA “Financial Times”a istinadən xəbər verir ki, “BBC News Arabic”in Misir və Livanda fəaliyyət göstərən reportyorları da daxil olmaqla efirdən uzaqlaşdırılan əməkdaşların paylaşdığı və ya bəyəndiyi paylaşımlarda Fələstinin dəstəkləndiyi və ya İsrailin mövqeyinin tənqid edildiyi bildirilib.

Sözügedən jurnalistlərin işinə rəsmi qaydada xitam verilmədiyi, lakin onların BBC əməkdaşı kimi sosial mediadakı fəaliyyətlərinə dair təcili araşdırmalara başlandığı və nəticələrin gözləndiyi qeyd olunub.

Məlumata görə sözügedən paylaşımların hamısının silinib. Bildirilib ki, reportyorlardan biri HAMAS-ın fələstinli silahlılardan ibarət “azadlıq döyüşçüləri” kimi təsvir edildiyi paylaşımı bəyənib.

Böyük Britaniyanın “Guardian” nəşri isə oxşar səbəblərlə 40 ilə yaxın əməkdaşlıq etdiyi karikaturaçı Stiv Bell ilə müqaviləni yeniləməyəcəyini bəyan edib. Stiv Bell ötən həftə İsrail Baş naziri Netanyahunun da olduğu karikaturasının götürülməsinə görə “X” platformasını ittiham etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR