BDU-da elmi-praktik konfrans keçirilib - FOTO

BDU-da elmi-praktik konfrans keçirilib  - FOTO
# 04 iyul 2023 13:25 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

APA xəbər verir ki, konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxışı zamanı deyib ki, konfrans Bakı Dövlət Universitetinin Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq keçirilən növbəti mötəbər tədbirlərdəndir. O çıxışı zamanı diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata ayrıca diqqət yetirilib:

“Azərbaycanda mətbuatın inkişafına əngəl yaradan bir sıra bürokratik maneələr aradan qaldırıldı. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, bir müddət sonra isə borc ümumiyyətlə ləğv edildi”.

“Xronologiyanı izlədikcə Azərbaycan mediasının inkişafına doğru atılan addımların bu sahədə pillə-pillə irəliləyişə səbəb olduğunu müşahidə etmək mümkündür. Bütün bu proseslərin uğurlu davamı olaraq bu gün Azərbaycanda media sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası kimi mötəbər qurumların fəaliyyəti məhz media siyasətinin məntiqi davamı və nəticəsidir, - deyə o, çıxışı zamanı qeyd edib.

Daha sonra Ümummilli Lider heydər Əliyevə həsr olunmuş “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş olunub.

Konfrans Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin çıxışı, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədlinin məruzəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR