Ukraynanın birləşmiş müxalifəti 2015-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədini müəyyənləşdirib

Ukraynanın birləşmiş müxalifəti 2015-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədini müəyyənləşdirib
# 07 dekabr 2012 11:39 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, qərar Birləşmiş Müxalifətin Şurasının bu gün Kiyevdə keçirilən genişləndirilmiş yığıncağında qəbul olunub.

Təklif birləşmiş müxalifətin liderlərindən olan Arseni Yasenyuk tərəfindən irəli sürülüb. O bildirib ki, uğurlu parlament seçkiləri kampaniyasından sonra birləşmiş müxalifətin əsas vəzifəsi 2015-ci il prezident seçkilərində qələbə qazanmaqdır. Bu səbəblə vahid namizədi müəyyənləşdirib seçki kampaniyasına hazırlığa start verilməlidir: “Mən Yuliya Timoşenkonun 2015-ci ildə vahid namizəd olması məsələsini səsə qoyuram. Ümid edirəm ki, bizimlə yanaşı, digər müxalif siyasi qüvvələr də bu ideyanı dəstəkləyəcək”.

Qeyd edək ki, birləşmiş müxalifətin sıralarında 8 siyasi qüvvə cəmləşib. Y. Timoşenkonun “Batkivşina”sı ətrafında birləşən bu qüvvələrdən kənarda daha 2 güclü müxalif qüvvə var – UDAR və “Svoboda” partiyaları. Son parlament seçkilərində proporsional sistem üzrə prezident Viktor Yanukoviçin Regionlar Partiyası 30%, “Batkivşina” 25,54%, UDAR 13,96%, “Svoboda” isə 10,44% səs alıb.

Xatırladaq ki, sabiq baş nazir Yuliya Timoşenko 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR