Yaponiyanın Hokkaydo adasında qasırğa və çovğun baş verib

Yaponiyanın Hokkaydo adasında qasırğa və çovğun baş verib
# 28 noyabr 2012 01:44 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Hokkaydo adasında baş vermiş qasırğa və çovğun nəticəsində 56 min ev elektrik enerjisiz qalıb.

APA-nın verdiyi xəbərə görə, küləyin surəti saniyədə 40 metrə çatıb. Xəstəxanalar elektriksiz qalıb, dəmir yolunun işi dayandırılıb, bütün məktəblərdə dərslər təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR