Əlaəddin Brucerdi: “Sanksiyaların ləğvi İranın Qərblə anlaşmasına kömək edəcək”

Əlaəddin Brucerdi: “Sanksiyaların ləğvi İranın Qərblə anlaşmasına kömək edəcək”
# 15 dekabr 2012 10:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Qərb ölkələrinin Tehrana qarşı sanksiyaları ləğv etməsi İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həll prosesində müsbət rol oynaya bilər”. APA-nın İRİB-ə istinadən məlumatına görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi bildirib.

Onun sözlərinə görə, “altılıq” ölkələri həqiqətən İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin məntiqli və diplomatik yolla həllini istəyirsə, Tehrana qarşı sanksiyaların dərhal ləğv edilməsi istiqamətində addım atmalıdır.

Ə.Burucerdi İranın nüvə fəaliyyətlərinin tamamilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında və beynəlxalq qanunlar çərçivəsində olduğunu deyib: “AEBA-nın İrandan öhdəliklərindən xaric gözləntisi olmamalı və Tehrana qarşı qanunsuz sanksiyaların tətbiq edilməsinin qarşısını almalıdır. Agentlik reallıqları əks etdirən hesabatlarla İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin adi vəziyyətə qaytarılmasına səy göstərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR