Bloger və jurnalistlərin I Forumu keçirilib - FOTO - YENİLƏNİB

Bloger və jurnalistlərin I Forumu keçirilib - FOTO  - YENİLƏNİB
# 30 yanvar 2023 22:24 (UTC +04:00)

Yanvarın 30-da "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin l Forumu keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloqer və jurnalist iştirak edib.

APA-nın xəbərinə görə, Forum dövlət himnimizin səsləndirilməsi və Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun işinə uğurlar arzulayıb.

Tədbirdə müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.

Forumda nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.

***

15.16

Bloger və jurnalistlərin "Yeni trendlər və gənclər" adlı I Forumu keçirilir.

APA xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, tanınmış blogerlər və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, forum Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR