Azərbaycan ödənişli yolların tətbiqinə başlayır

 Azərbaycan ödənişli yolların tətbiqinə başlayır
# 13 dekabr 2012 13:48 (UTC +04:00)

Onun sözlərinə görə, AİB Azərbaycan üçün avtomobil yolları sistemində həyata keçirilən layihələrin ikinci multitranş maliyyələşdirmə sazişini (Multitranche Financing Facility – MFF) təsdiqləyib ki, bu saziş çərçivəsində Azərbaycan hökumətinə 500 mln. ABŞ dolları məbləğində kredit ayrılacaq: «İlk tranş çərçivəsində Cəlilabad-Masallı avtomobil yolunun bərpasına 250 mln. dollar kredit ayrılacaq ki, kreditin 2013-cü ilin əvvəlində imzalanacağı gözlənilir. Hazırda bu istiqamət üzrə daxili proseduralar aparılır».

AİB rəsmisi onu da bildirib ki, MFF-II çərçivəsində müəyyən tədqiqatlar aparılacaq: «Artıq tədqiqatı aparacaq məsləhətçi şirkət seçilib və onlar yaxın gələcəkdə tədqiqatlara start verəcək. Tədqiqatlar yol-nəqliyyat kompleksinin müxtəlif sahələrini, o cümlədən ödənişli yolların salınmasını əhatə edir ki, tədqiqatlar 2013-cü ilin sonunda başa çatdırılacaq və ölkə hökumətinə təqdim olunacaq».

O.Noroyono əlavə edib ki, ilk öncə ödənişli yolların salınması ideyasının kommersiya və maliyyə baxımından nə qədər əlverişli olacağı müəyyənləşdirilməlidir, həmçinin müvafiq qanunvericiliyin hazırlanması zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR