Bu gün Minskdə Belarus-Azərbaycan biznes forumu keçiriləcək

Bu gün Minskdə Belarus-Azərbaycan biznes forumu keçiriləcək
# 19 dekabr 2012 06:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Minsk şəhərində «Azərbaycan: inkişaf və tərəqqi yolunda» tədbiri çərçivəsində Belarus-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, sənaye, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, xalq sənətkarlığı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Azərbaycan mənşəli məhsulların ixracının təşviq olunması məqsədilə tədbir çərçivəsində təqdimatların və sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR