Banqladeşin eks-prezidenti Azərbaycana gələcək

Banqladeşin eks-prezidenti Azərbaycana gələcək
# 20 noyabr 2012 14:07 (UTC +04:00)

APA-nın “bdnews” saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Bakıda keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirakıdır. Onunla birgə Bakıya şəxsi katibi Xalid Axter və Catiya Partiyası Şurasının üzvü Qulam Moşi də gələcəklər. Hüseyn Məhəmməd Erşadın səfəri noyabrın 26-da sona çatacaq.

Qeyd edək ki, 82 yaşlı Hüseyn Məhəmməd Erşad 1983-1990-cı illərdə Banqladeşin prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR