Məleykə Abbaszadə: «Azərbaycan şagirdləri PISA sisteminə əsasən çox aşağı nəticə göstərirlər»

Məleykə Abbaszadə: «Azərbaycan şagirdləri PISA sisteminə əsasən çox aşağı nəticə göstərirlər»
# 24 noyabr 2012 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan şagirdləri PISA (The Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə sisteminə əsasən çox aşağı nəticə göstərirlər.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada çıxışı zamanı deyib ki, bu istiqamətdə mövcud vəziyyəti araşdırıb gələcək planları qurmaq lazımdır. Onun sözlərinə görə, bundan sonra şagird nailiyyətlərinin artırılmasında hansısa uğurlara nail ola bilərik: «Pedaqoji və elmi ictimaiyyət buna nə qədər göz yumsa da mövcud problemlər bizi izləyir. Bunların qarşısını almaq üçün indidən mübarizə aparmaq lazımdır. İndidən müasir kurikulum sistemində kompetensiya qiymətləndirməsi ilə məşğul olaq ki, 4 ildən sonra müəyyən nəticələr əldə edə bilək. Mütəxəssislər bu sahədə bir araya gəlməli, bu proses elmi müstəvidə birgə müzakirə edilməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR