Azərbaycanı “Junior Eurovision”da təmsil edən Ömər və Suada Amsterdama gediblər

Azərbaycanı “Junior Eurovision”da təmsil edən Ömər və Suada Amsterdama gediblər
# 26 noyabr 2012 14:31 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanı “Junior Eurovision”da təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərova, eyni zamanda nümayəndə heyəti Niderlandın paytaxtı Amsterdama yola düşüb. APA-nın məlumatına görə, bu gün Amsterdamda “Junior Eurovision 2012”nin rəsmi açılış mərasimi keçiriləcək. Ömər və Suada, eyni zamanda Azərbaycanın nümayəndə heyəti bu açılış mərasimində iştirak edəcək. Sabah, yəni noyabrın 27-dən etibarən isə müsabiqənin məşqlərinə start veriləcək. Bildirək ki, Ömər və Suada bu müsabiqədə 75 faizi Azərbaycan dilində olan “Boys and Girls” mahnısını ifa edəcəklər. Bu mahnı əvvəlcə bütünlüklə ingilis dilində yazılsa da, sonradan müsabiqənin şərtlərinə uyğun olaraq 75%-i ana dilində yenidən işlənilib.

Qeyd edək ki, “Junior Eurovision 2012” dekabrın 1-də Amsterdamda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunur. Müsabiqədə 12 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR