Misir Mərdanov: “Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirməliyik”

Misir Mərdanov: “Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirməliyik”
# 27 noyabr 2012 08:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, son illərdə 80 minə yaxın orta məktəb müəllimi İKT-dən istifadə bacarıqlarına yiyələnib. Onun sözlərinə görə, bu rəqəm də bütün müəllimlərin yarısından çoxu deməkdir: “Təbii ki, bununla iş bitmir. Əgər müəllimlər əvvəllər müsabiqələrə kitab-dəftərlə gəlirdilərsə, indi onlar kompüter və digər İKT avadanlıqları gətirirlər. Bu gün də İKT-nin kütləvi şəkildə istifadə olunduğu yerlər məhz təhsil müəssisələridir. Ona görə də bu müəssisələrdə İKT-nin tətbiqini genişləndirməliyik. Gələcək illərdə də internet xidməti göstərən məktəblərin sayının artırılması, internet şəbəkəsinin genişləndirilməsi, tezliyin artırılmasına xidmət edən addımların atılması planlaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR