«Bank of Baku»nun kredit portfeli 400 mln. manata çatıb

«Bank of Baku»nun kredit portfeli 400 mln. manata çatıb
# 14 noyabr 2012 14:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin kredit portfelinin həcmi noyabrın 1-nə 400 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 58%, cari ilin əvvəli ilə müqayisədə isə 48% artıb.

«Bank of Baku»nun kredit portfelinin mövcud artım tempi bu dinamikanın yaxın perspektivdə dəyişməz qalacağını ehtimal etməyə əsas verir. Hazırda «Bank of Baku» istehlak və pul kreditinin onlarla növü üzrə ölkə vətəndaşlarına kreditlər ayırır», - deyə Bankın məlumatında bildirilir.

Kredit almaq üçün vətəndaşlar bankın istənilən filiala müraciət edə bilərlər və yaxud on-line sifariş ərizəni doldurub göndərə bilərlər (http://www.bankofbaku.com/az/online-banking/credit-online.html).

Qeyd edək ki, 1994-cü ildə təsis edilən «Bank of Baku» bu günlərdə 900 000-ci istehlak kreditini rəsmiləşdirib və artıq 500 000-dən çox vətəndaş «Bank of Baku»nun müxtəlif xidmət və məhsullarından istifadə edib.

«Bank of Baku»nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR