Əhmədinejad: “İsrailin İrana hücum etmək istəyi uşaq arzusuna bənzəyir”

Əhmədinejad: “İsrailin İrana hücum etmək istəyi uşaq arzusuna bənzəyir”
# 23 noyabr 2012 12:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad İsrailin ölkəsinə qarşı hərbi əməliyyat niyyətini uşaq ərköyünlüyü ilə müqayisə edib.

APA-nın məlumatına görə, M. Əhmədinejad Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən “D-8” ölkələrinin liderlərinin zirvə toplantısındakı çıxışında deyib: “Biz İsrailin hegemonluğuna qarşıyıq. Onların İrana hücum etmək istəyi uşaq arzusuna bənzəyir. Rəsmi Təl-Əviv özü də bilir ki, heç kimə hücum edəcək deyil. Sadəcə, İsrail İran xalqına zərər vurmaq üçün şans gözləyir. Onlara da yaxşı məlumdur ki, biz heç kimə hücum etməsək də, özümüzü müdafiə etməyi bacarırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR