İranda robot istehsal edilib

İranda robot istehsal edilib
# 23 dekabr 2012 16:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın cənub qərbindəki Çahar-Mahal Bəxtiyari vilayətində insan şəklində robot istehsal edilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, 110 sm hündürlüyündə olan robot süni bir zəkaya malikdir.

Eyni zamanda hərəkət etmək qabiliyyətini təmin edəcək oynaqlara sahibdir. Robotun baş hissəsinə yerləşdirilən bir kamera nəticəsində hərəkət edə və öz yolunu tapa bilir. Bu robotun istehsalında 5 nəfərlik bir qrup işləyib və 4 ay vaxt sərf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR