Bakı – APA. Prezident İlham Əliyev dekabrın 1-də Eritreya Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Eritreya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.