Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı konfrans keçirilib

Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı konfrans keçirilib
# 04 noyabr 2015 22:43 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Təhsil Nazirliyi noyabrın 4-də Şirvanda müəllimlərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsi ilə bağlı konfrans keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, konfransda Şirvan şəhərindən, Hacıqabul və Sabirabad rayonlarından 200 nəfərdən çox müəllim iştirak edib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev konfrans iştirakçılarına diaqnostik qiymətləndirilmənin məqsədindən danışıb. Təhsil şöbələrinin rəhbərləri və müəllimlərin diqqətinə çatdırılıb ki, müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin qiymətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.

Sonda müəllimləri maraqlandıran sualla ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR