Yayda “Şahdağ”a 40 000-dən çox turist səfər edib

Yayda “Şahdağ”a 40 000-dən çox turist səfər edib
# 25 sentyabr 2017 10:39 (UTC +04:00)

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 25-dən etibarən yay mövsümünü bağlı elan edib. Mərkəzdən APA-ya verilən məlumata görə, sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 000-dən çox olub. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsümdə ilk dəfə olaraq dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.

Mərkəzdən əlavə ediblər ki, mövsüm ərzində ilk dəfə olaraq uşaqlar üçün ingilis dilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulub, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak edib, “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilib.

Ənənəvi olaraq mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR