Şirvan sakini keçmiş həyat yoldaşını bıçaqlayıb

Şirvan sakini keçmiş həyat yoldaşını bıçaqlayıb
# 27 dekabr 2012 09:29 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakini keçmiş həyat yoldaşını bıçaqlayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan polis şöbəsindən məlumat verilib. Şirvan sakini, Səməd Vurğun küçəsi, 10, mənzil 13 ünvanında yaşayan 1977-cı il təvəllüdlü Hüseynov Sahib Məmməd oğlu münaqişə zəminində keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Hüseynova Elnarə Anatoli qızını bıçaqlayıb. Hadisə bu gün səhər saatlarında Şirvan şəhəri 10 saylı orta məktəbin qarşısında baş verib. Uşaqlarını məktəbə ötürən Elnarə Hüseynova keçmiş əri tərəfindən bıçaqlanıb. Üç bıçaq zərbəsi alan Elnarə Hüseynova Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur, hadisəni törədən Sahib Hüseynov isə polis tərəfindən saxlanıb.

Faktla bağlı Şirvan şəhər polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR