Azərbaycan həndbolçuları dünya çempionatında mərhələ adlamaq şanslarını itiriblər

Azərbaycan həndbolçuları dünya çempionatında mərhələ adlamaq şanslarını itiriblər
# 29 noyabr 2012 09:53 (UTC +04:00)

Bakı-APA. Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2013-ün seçmə qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın yetirmələri Bakıda 27:23 hesabı ilə məğlub etdikləri Portuqaliya yığmasının qonağı olublar.

Qarşılaşma həmyerlilərimiz üçün bu dəfə uğursuz alınıb. 1500 azarkeşin izlədiyi ilk hissədə 11:15 hesabı ilə uduzan komandamız yekunda 5 top fərqi ilə məğlub olub – 26:31.

Bununla da yığmamız mərhələ adlamaq şansını itirib və qrupda qalıb. Qrupumuzun axırıncı görüşündə Türkiyə Portuqaliyanı qəbul edəcək.

Türkiyə

3

2

0

1

101-83

4

Portuqaliya

3

2

0

1

92-89

4

Azərbaycan

4

1

0

3

98-119

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR