Cəlilabad və Lənkəran rayonlarında fərdi yaşayış evlərində yanğın olub

Cəlilabad və Lənkəran rayonlarında fərdi yaşayış evlərində yanğın olub
# 26 noyabr 2012 08:07 (UTC +04:00)

Cəlilabad-Lənkəran. Ağəddin Babayev – APA. Cəlilabad və Lənkəran rayonlarında yanğın hadisələri baş verib. Bu barədə APA-nın Cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin Cəlilabad və Lənkəran Rayon Yanğından Mühafizə hissələrindən (YMH) məlumat verilib.

Cəlilabadda baş verən yanğın hadisəsi rayonun Göytəpə şəhər sakini, 1958-ci il təvəllüdlü Rəna Əsgər qızı Əsgərovaya məxsus ümumi sahəsi 73 kv.m olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, yanğın nəticəsində evin bir otağının və eyvanın konstruksiyaları və dam örtüyünün yanar konstruksiyaları 14 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Lənkəranda qeydə alınan yanğın isə şəhərin Nizami küçəsi-34 ünvanında yaşayan 1932-ci il təvəllüdlü Tahirə Davud qızı Aslanovaya məxsus 32 kv.metrlik birmərtəbəli fərdi yaşayış evində baş verib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın evin bir otağı içindəki əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Hər iki faktla bağlı Cəlilabad və Lənkəran rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR