Göyçayda iki minik avtomobili toqquşub, 3-ü bir ailənin üzvü olmaqla 6 nəfər xəsarət alıb

Göyçayda iki minik avtomobili toqquşub, 3-ü bir ailənin üzvü olmaqla 6 nəfər xəsarət alıb
# 15 noyabr 2012 22:02 (UTC +04:00)

APA-nın məlumatına görə hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində Göyçay şəhəri ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1966-cı il təvəllüdlü Bayramov Həsənağa Həsən oğlunun idarə etdiyi 23-BF-848 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn Çayarxı kənd sakini 1992-ci il təvəllüdlü Babayev Kamil Xaləddin oğlunun idarə etdiyi 03-BB-147 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ 2109” markalı maşının sürücüsünün həyat yoldaşı 1968-ci il təvəllüdlü Afət Bayramova, qızı 1991-ci il təvəllüdlü Aysel Bayramova, sərnişinləri 1992-ci il təvəllüdlü Dürdanə Məcidova və 1964-cü il təvəllüdlü Sima Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR