Ukraynada “Böyük siyasət” proqramı çərçivəsində Azərbaycana həsr olunmuş reportaj nümayiş olunub

Ukraynada “Böyük siyasət” proqramı çərçivəsində Azərbaycana həsr olunmuş reportaj nümayiş olunub
# 24 dekabr 2012 11:20 (UTC +04:00)

APA-nın məlumatına görə, süjet dekabrın 21-də Yevgeni Kiselyovun “Böyük siyasət” proqramının xüsusi layihəsi çərçivəsində nümayiş olunub.

Süjet Azərbaycanın müasir xarici siyasətinə, energetika siyasətinə, qarşıdan gələn prezident seçkilərinə həsr olunub. Reportajda qeyd olunub ki, energetika siyasəti nəticəsində ölkə digər Qafqaz respublikalarından daha sürətlə inkişaf edir.

Azərbaycanın ekspertləri, Milli Məclisin deputatları ölkənin xarici siyasət kursunu, TANAp layihəsinin reallaşmasını, Azərbaycan-Rusiya münasibətlərini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını şərh ediblər.

Qeyd edək ki, kanalın nümayəndələri çəkilişlər zamanı “APA Holding”də də olublar. Holdinqdə çalışan iqtisadi məsələlər üzrə ekspert Vahab Rzayev və siyasi məsələlər üzrə ekspert Bəhram Batıyev bir sıra məsələləri şərh ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR