Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
# 14 dekabr 2012 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-180, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 61m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.

Dekabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 5, Salyanda 4 sm artım, Surra məntəqəsində isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR