TQDK 20 illik yubileyi ilə əlaqədar qurumla əməkdaşlıq edən dövlət orqanlarını və şəxsləri mükafatlandırıb - FOTOSESSİYA

TQDK 20 illik yubileyi ilə əlaqədar qurumla əməkdaşlıq edən dövlət orqanlarını və şəxsləri mükafatlandırıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2012 12:39 (UTC +04:00)

APA-nın xəbərinə görə, mükafatlandırma mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, keçmiş Sovetlər İttifaqında mərkəzləşmiş qaydada test üsulu ilə imtahan ilk dəfə olaraq Azərbaycanda keçirilib. İndiyədək TQDK-nın keçirdiyi müxtəlif məzmunli imtahanlarda 2 milyon 155 min şəxs iştirak edib. M. Abbaszadə deyib ki, TQDK yubileyi ərəfəsində təşkilatla uzun illər əməkdaşlıq edən, fəıliyyəti dövründə heç bir nöqsana yol verməyən, aidiyyatı işlərin aparılmasında fərqlənən dövlət orqanlarının və şəxslərin yubiley münasibətilə mükafatlandırılması barədə qərar qəbul edib. TQDK ilə uzun müddətli səmərələi əməkdaşlıq etdiklərinə görə qəbul imtahanlarına daxil olan bütün fənnlər üzrə 1600-ə yaxın müəllimdən 90 ekpert-məllim Komisiya təəfindən təltif olunub və onlara xatirə hədiyyələri təqdim edilib.

Qəbul proqramlarının tərtibi, test bankının yaradılması, bütün fənnlər üzrə metodiki vəsaitlərin hazırlanması işindəki xidmətlərinə və elmi-metodiki fənn seninarlarının rəhbəri kimi 16 nəfər müxtəlif hədiyyələrlə təltif olunub. Bundan əlavə, imtahan binalarının təhlkəsizliyini və buraxılış rejimini yüksək səviyyədə həyata keçirən və bu prosesi idarə edən Xüsusi Dövlət Mühafizə Xİdməti, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinə uzun illər ərzində birgə əməkdaşlığa görə TQDK tərəfindən təşəkkür elan edilib və bu qurumların nümayəndələrinə hədiyyələr təqdim edilib.

Nümunəvi fəaliyyətlərinə görə, o cümlədən imtahan iştirakçılarının bazasının formalaşmasında, müvafiq rayonlarda imtahanlara hazırlıq prosesindəki iştirakına görə republikanın bir sıra təhsil şöbələri və universitetlərinin 13 əlaqələndiricisi, imtahan binalarının imtahan prosesinə hazırlanmasında, imthan keçirilməsi üçün əruri şəraitin yaradılmasında iştirakına görə 12 bina nümayəndəsi, imtahan rəhbəri vəzifəsini uğurla icra etdiklərinə görə 20 imtahan rəhbəri, fəliyyəti dövründə təyin olunduğu zallarda imtahanı uğurla apardıqlarına görə 26 nəzarətçi müəllim mükafatlandırılıb.

Tədbir çərçivəsində TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə KİV nümayəndələri arasında keçirilən müsabiqənin nətiələri açıqlanıb. Komissiyanın 20 illik fəaliyyətinə dair ən yaxşı məqalə və ən yaxşı videosujet nominasiyalarının hər biri üzrə 3 nəfər qalib elan edilib. Qaliblərin hər birinə Komisiya tərəfindən noutbuk hədiyyə edilib. Mükafatlandırılanlar arasında ən yaxşı məqalə nominasiyası üzrə APA İnformasiya Agentliyinin əməkdaşı Kəmalə Quliyeva, “Səs” İnformasiya Agentliyinin keçmiş əməkdaşı Könül Cəfərova və “Salamnews” agentliyinin əməkdaşı Zarina İbrahimxəlilova da var. Ən yaxşı videosujet nominsiysı üzrə isə “AzTV”dən Ramin Qurban, “Xəzər TV”dən Yelena Sidorenko, İTV-dən Ülviyyə Əlləzova qalib elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR