Azərbaycanda 1000-dək müəssisə, 8 mindən artıq evin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib

Azərbaycanda 1000-dək müəssisə, 8 mindən artıq evin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib
# 15 dekabr 2012 11:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Nazirin sözlərinə görə, nəticədə 1000-dək müəssisənin və 8 mindən artıq yaşayış evinin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Aşkar olunmuş nöqsanların aradan qaldırılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün yerli qaz istismar idarələrinə məktublar ünvanlanıb.

Nazir deyib ki, bu ilin ötən dövründə sosial, sənaye, nəqliyyat, rabitə və kənd təsərrüfatı obyektləri, xidmət sahələri üzrə 75 minədək obyektdə diqqətli, 39 mindən artıq obyektdə nəzəri yanğın-texniki müayinələr aparılıb, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə “Göstəriş” məktubu ilə 556 mindən artıq təklif verilib, onlardan 158 mindən çoxunun yerinə yetirilməsinə nail olunub.

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə 11 ay ərzində 56 sənaye və elmi-tədqiqat, 49 tibb müəssisəsində 171 nəzarət-yoxlama tədbiri həyata keçirilib, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər nəzarətdə saxlanılıb. Radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 21 müəssisədə 376 radioaktiv mənbənin dozimetrik nəzarəti həyata keçirilib.

Konteynerlərlə birlikdə çəkisi 6 min kiloqramdan artıq olan 364 ədəd radioaktiv mənbə müxtəlif ölkədaxili və şəhərdaxili marşrutlarla nəql edilib, 25 ədəd radioaktiv mənbə müvəqqəti saxlanmada olub, ümumi çəkisi 104 kq olan radioaktiv tullantı və 285 ədəd radioaktiv mənbə uzunmüddətli saxlanmaq uçun qəbul edilib, ümumi çəkisi 1200 kiloqramdan çox olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR