Lerikin Barzavu kəndində yeni məktəbin açılışı olub - FOTO

Lerikin Barzavu kəndində yeni  məktəbin açılışı olub - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 17:00 (UTC +04:00)

Lerik. Ağəddin Babayev-APA. Lerik rayonunun Barzavu kənd orta məktəbi üçün inşa olunmuş 180 yerlik yeni binanın açılış mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov açıb. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, məktəbin şagirdi Gülcahan Əliyeva və digərləri çıxış edərək ucqar dağ rayonunun sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Daha sonra məktəbin açılışını bildirən qırmızı lent kəsilib, binaya baxış keçirilib.

Qeyd edək ki, 9 sinif otağı, fizika və kimya laboratoriyası, kompüter otağı, bufet və idman zalından ibarət olan məktəb müasir istilik sistemi ilə təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR