Bakıda meyvə-tərəvəz bazasında yanğın olub

Bakıda meyvə-tərəvəz bazasında yanğın olub
# 20 dekabr 2012 14:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda yanğın olub. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti 92 ünvanında qeydə alınıb. Həmin ərazidə yerləşən meyvə-tərəvəz bazasında 20 kvadrat metr ərazidə yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR