Bu il Azərbaycanda milli sistemlə aparılan nağdsız ödənişlərin həcmi 17% artıb

Bu il Azərbaycanda milli sistemlə aparılan nağdsız ödənişlərin həcmi 17% artıb
# 27 dekabr 2012 12:19 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda milli ödəniş sisteminin infrastrukturu vasitəsilə 2012-ci ilin yanvar-noyabr ayları ərzində aparılan ödənişlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% artaraq 104,8 mlrd. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Hesabat dövründə kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilib, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması istiqamətində tədbirlər davam etdirilib. Nəticədə, 2012-ci ilin 11 ayında dövriyyədə olan ödəniş kartlarının sayı 9,7%, quraşdırılmış bankomatların sayı 5,1%, POS-terminalların sayı isə 3 dəfəyə yaxın artıb.

Qeyd edək kt, Azərbaycanda nağdsız dövriyyənin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən müvafiq qurumların nümayəndələrindən ibarət tərkibdə Milli Ödəniş Şurası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR