Azərbaycanda ilk regional radio kanalının açılması üçün elan edilən müsabiqənin nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ilk regional radio kanalının açılması üçün elan edilən müsabiqənin nəticələri açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2012 14:02 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən xəbərə görə, Şuranın bu gün keçirilən iclasında regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə oktyabrın 18-də elan edilmiş müsabiqənin nəticələrinə, “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb.

Müsabiqədə 3 iddiaçı - “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC, “Türkel TV” MMC və “Yevlax TV” MMC iştirak edib.

MTRŞ-nın qərarına əsasən, “Televiziya və radio yayımı haqqında” qanunun 15.5-ci maddəsinə uyğun olaraq, müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına, maraqlı və bu iş üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinə əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR