Doktorantların və gənc tədqiqatçıların 17-ci respublika elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların 17-ci respublika elmi konfransı keçiriləcək
# 03 dekabr 2012 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçılarının 17-ci respublika elmi konfransı keçiriləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseyinova məlumat verib.

O bildirib ki, respublika konfransı dekabrın 18-i Memarlıq və İnşaat Universitetində təşkil olunacaq. Konfrans çərçivəsində 16-18 bölmə üzrə müxtəlif elm sahələrini əhatə edən müzakirələr aparılacaq.

G.Hüseyinova qeyd edib ki, bu həftə ərzində müxtəlif ali məktəblərdə elm sahəsi üzrə müxtəlif beynəlxalq tədbirlər təşkil olunub. Onun sözlərinə görə, Azərbaycan Müəllimlər İnstitutu, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetində təşkil olunan konfranslarda dünyanın müxtəlif ölkələrində gələn mütəxəssislər elmin bugünkü vəziyyəti və gələcək perspektivlərini birgə müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR