Azərbaycanın xarici işlər naziri Argentinanın yeni müvəqqəti işlər vəkilini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Argentinanın yeni müvəqqəti işlər vəkilini qəbul edib - <span style="color: red;">FOTO
# 03 dekabr 2012 14:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Alberto Xose Alonsonu qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Argentina arasında münasibətlərin inkişafından razılıq ifadə edilib, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov tərəflər arasında son dövrlər həyata keçirilən qarşılıqlı səfərlərin Azərbaycanla Argentina arasındakı əlaqələrə yüksək töhfə verdiyini qeyd edib.

Alberto Xose Alonso ölkəmizə təyin olunmasından məmnun olduğunu bildirib, ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu və öz növbəsində iki ölkə arasında əməkdaşlığın inkişafı uçun səylə çalışacağını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR