Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə başlanılıb - FOTO

Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə başlanılıb - <span style="color: red;">FOTO
# 31 iyul 2014 06:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. Bu gün Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri üç gün davam edəcək.

Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Məlumata görə, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və Infrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqram”nın icrası çərçivəsində 2011-ci iyunun 10-da Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. 2013-cü il dekabrın 10-da isə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR