Azərbaycanda gələn il dəmir yolu ilə yükdaşımalar 20-30% artacaq

Azərbaycanda gələn il dəmir yolu ilə yükdaşımalar 20-30% artacaq
# 07 dekabr 2012 09:59 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dəmir yolu şəbəkəsi ilə 21,2 mln. ton yük daşınıb ki, bu da ötən ilin 11 ayına nisbətən 4% artıqdır. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Onun sözlərinə görə, 2013-cü il üçün verilən sifarişlər və proqnozlara görə, gələn ildə yük daşımalarının artımı daha da sürətlənəcək və 2012-ci ilə nisbətən 20-30% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR