Dövlət Miqrasiya Xidmətinin rəisi İranın Azərbaycandakı səfirini qəbul edib

Dövlət Miqrasiya Xidmətinin rəisi İranın Azərbaycandakı səfirini qəbul edib
# 07 dekabr 2012 10:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayini qəbul edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə İran vətəndaşlarının Azərbaycana gediş-gəlişi ilə bağlı yaranan problemlər əsas müzakirə mövzusu olub.

Möhsün Pak Ayin İranın Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv olunduğunu bildirib: “Hazırda Azərbaycanda da İrandan tələbələr təhsil alır, iş adamları fəaliyyət göstərir və turistlər gəlir. Ona görə də Azərbaycan hökumətindən İran vətəndaşları ilə bağlı yaranmış problemləri həll etməsini, o cümlədən viza rejiminin ləğv olunmasını istəyirik”.

F.Nəbiyev isə öz növbəsində qarşılıqlı müzakirələrin aparılmasını iki ölkə vətəndaşlarının problemlərinin həlli istiqamətində irəliyə doğru addım kimi qiymətləndirib: “Azərbaycan Respublikası da İran vətəndaşlarının problemlərinin həllində maraqlıdır. Ona görə də ticarət münasibətlərinin yüksəlməsində önəmli rola malik İran vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması üçün qanuni həll yolları axtarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR