Xaçmazda standartlara uyğun olmayan 1100 kisə sement satışdan çıxarılıb

Xaçmazda standartlara uyğun olmayan 1100 kisə sement satışdan çıxarılıb
# 30 noyabr 2012 14:30 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmaz rayonu ərazisində tikinti materialları satılan ticarət obyektlərində yoxlamalar keçirib.

APA-nın şimal bürosunun məlumatına görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsinin əməkdaşları reyd zamanı bəzi obyektlərdə mənşəyi bilinməyən və uyğunluq sertifikatı olmayan sementin olduğu aşkarlanıb. 300 kisə mənşəyi bilinməyən, 800 kisə isə uyğunluq sertifikatı olmayan sement aşkarlanaraq satışına qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR