Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq 0,5% yüksəlib
# 07 dekabr 2012 11:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 074 bəndədək, S&P 500 0,3% - 1 414 bəndədək, Nasdaq 0,5% - 2 989 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında dekabrın 6-da FTSE 100 indeksi 0,1% - 5 910 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 550 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 616 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 702,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2922 (-1,0%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR