Bu il Azərbaycanın bank sektorunda çalışanların sayı 1% artıb

Bu il Azərbaycanın bank sektorunda çalışanların sayı 1% artıb
# 05 aprel 2018 09:00 (UTC +04:00)

2018-ci il martın 1-nə Azərbaycanın bank sektorunun işçilərinin sayı 16331 nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında bank sektorunda çalışanların sayı 124 nəfər artıb. Yanvar ayının əvvəlinə olan göstəriciyə əsasən, bank sektorunda çalışanların sayı 16171 nəfər olub. Ümumilikdə, bu il sektor üzrə işçilərin sayında 160 nəfərlik və ya 1%-lik artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR