Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilib - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə toplantı keçirilib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 12:47 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, İran, Çin, Ukrayna, Qazaxıstan, Gürcüstan, Pakistan, Çexiya, Belarus, Bolqarıstan, Slovakiya, Latviya, Niderland, Polşa, Avstrya, Finlandiya, Macarıstan, Zambiya dövlətlərinin hərbi attaşeləri öncə Bakıdakı N saylı hərbi hissəyə gedərək sülhməramlı tabor haqqında keçirilən brifinqə qatılıblar. Sonra sülhməramlı taborun şəxsi heyəti ilə görüş keçirilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi diplomatlar sinif otaqları və mərkəzə aid başqa vasitələrə baxış keçiriblər. Sonda Silahlı Qüvvələrin SNT mərkəzində açılış brifinqi olub və müzakirələrə start verilib.

Brifinqi giriş sözü ilə açan Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin adından qonaqları salamlayaraq çıxış üçün sözü müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədova verib. Nazir müavini regiondakı vəziyyət, beynəlxalq hərbi əməkdaşlıq məsələləri və Ermənistanın təcavüzkar siyasəti barədə qonaqları məlumatlandırıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda son illər baş verən yeniliklər və gələcək planlar barədə qonaqlara məruzələr edilib. Toplantının sonunda attaşelər maraqlandıran suallara cavablar verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR