Dövlət qurumlarının sözçülərinin Türkiyəyə səfəri davam edir

Dövlət qurumlarının sözçülərinin Türkiyəyə səfəri davam edir
# 14 oktyabr 2023 17:03 (UTC +04:00)

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfəri davam edir.

APA xəbər verir ki, 13 oktyabr 2023-cü il tarixində Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Radio və Televiziya Ali Şurasında görüşlər keçirilib.

Görüşlər zamanı Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin dövlət kommunikasiyası sahəsində fəaliyyəti, media və sosial media ilə iş, habelə xaricdəki diplomatik nümayəndəliklərin media ilə fəaliyyət strategiyası, mətbuat katibliyinin fəaliyyəti, RTÜK-ün radio və televiziya sahəsində həyata keçirdiyi işlər, media savadlılığı, televiziyaların monitorinqi sistemi məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR