Bank Of Baku

DSX-da Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

DSX-da Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib
# 20 iyul 2023 13:35 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti Aparatında 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Milli Mətbuat Günü münasibətilə təbriki iştirakçılara çatdırılıb. Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində kütləvi informasiya vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri fərmanlarla təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR