Serj Sərkisyan növbəti beş ildə Ermənistanın xarici siyasətinin əsas prioritetlərini açıqlayıb

Serj Sərkisyan növbəti beş ildə Ermənistanın xarici siyasətinin əsas prioritetlərini açıqlayıb
# 17 dekabr 2012 07:56 (UTC +04:00)

APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, Sərkisyan bildirib ki, Ermənistanın daimi diqqət mərkəzində olacaq məsələlər xarici təhlükəsizlik komponentlərinin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında dinc yolla nizamlanması, Ermənistanın beynəlxalq siyasi və iqtisadi təhlükəsizlik sisteminə və proseslərə cəlb olunmasının genişləndirilməsi olacaq.

Ölkənin əsas xarici prioritetləri siyahısında qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının aktivləşdirilməsi, erməni mədəni irsinin qorunması, Ermənistanın Rusiya ilə münasibətləri möhkəmləndirməsi, ABŞ-la tərəfdaşlığın inkişafı və genişləndirilməsi, Avropa ilə yaxınlaşma siyasətinin davam etdirilməsi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR