Bank Of Baku

Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb

Əhməd İsmayılov Qazaxıstanının mədəniyyət və informasiya naziri ilə görüşüb
# 16 aprel 2025 15:46 (UTC +04:00)

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

MEDİA-dan APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR