“Freelance” jurnalist anlayışı hazırlanan qanun layihəsində mövcuddur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktoru, qanun layihəsini hazırlayan İşçi Qrupun rəhbəri Əhməd İsmayılov deyib.
O bildirib ki, müəllif hüququ əsasında fəaliyyət göstərən jurnalistlər bu qrupa daxil edilib: “Jurnalistlərin əsas gəlir mənbəyi jurnalistika olmalıdır. Sponsorluq məsələsində 25 və 75 % hədd müəyyənləşdirilməsi milli medianın möhkəmləndirilməsi xarakteri daşıyır. Reklam problemlərinin həll edilməsi üzərində MEDİA Agentliyi olaraq ciddi işləyirik. Azərbaycan media məkanını xarici təsirlərdən qorumaq üçün xarici şirkətlər, əcnəbilər çap və onlayn media məhsulunun 25 faizinə sponsorluq edə biləcək. Siyasi partiyaların özünün media subyektinə çevrilməsi təcrübəsi mövcud deyil. Ona görə də qanun layihəsində siyasi partiyalarla bağlı qoyulan tələb başadüşüləndir”.