Vladimir Qroysman: “Növbəti həftədən Ukraynaya beynəlxalq polis missiyası gələ bilər”

Vladimir Qroysman: “Növbəti həftədən Ukraynaya beynəlxalq polis missiyası gələ bilər”
# 26 iyul 2014 11:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna ərazisində qəzaya uğramış Malayziya avialaynerində həlak olan 189 sərnişinin cəsədi artıq Xarkovdan Niderlanda göndərilib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman bildirib.

Onun sözlərinə görə, qəza yerinin tam öyrənilməsi hələ mümkün olmayıb: “Bizim indiki vəzifəmiz ora daxil olmaq və yekun tədqiqat aparmaqdır. Orda cəsədlərin qalıb-qalmadığını tam dəqiqliklə öyrənməliyik. Bunun üçün əraziyə beynəlxalq polis missiyasının gəlməsini təmin etmək vacibdir. Növbəti həftədən Ukraynaya beynəlxalq polis missiyası gələ bilər ki, qəza zonasında beynəlxalq ekspert qrupunun mühafizəsini təşkil etsin”.

Qeyd edək ki, Niderland Təhlükəsizlik Şurası qəza yerinin mühafizəsini təşkil etməyi öz üzərinə götürüb. Niderland mətbuatının yazdığına görə, bölgəyə Niderlandın xüsusi təyinatlı dəstəsinin göndəriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR