Zərdabda şahmat üzrə respublika turniri keçirilir

Zərdabda şahmat üzrə respublika turniri keçirilir
# 22 noyabr 2012 09:55 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunda şahmat üzrə respublika turniri keçirilir.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Zərdab rayon Şahmat Məktəbində keçirilən 7-ci respublika turniri Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr olunub.

Turnirin açılış mərasimində Azərbaycan Təhsil Nazirliyi Təhsil İdman Mərkəzinin direktor müavini, Respublika Şahmat Federasiyasının katibi İbrahim Məmmədov iştirak edib. Ucar, İmişli, Ağcabədi, Hacıqabul, Şirvan, Bakı, Qazax, Ağstafa, Goranboy, Masallı, Astara, Mingəçevir, Şamaxı, Qəbələ, Zaqatala, Salyan, Sabirabad, Cəbrayıl və Zərdab rayonlarından olan 150 şahmatçının iştirak etdiyi turnir noyabrın 26-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR