Sergey Ryabkov və Səid Cəlili İranın nüvə proqramını müzakirə ediblər

Sergey Ryabkov və Səid Cəlili İranın nüvə proqramını müzakirə ediblər
# 15 noyabr 2012 10:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.

APA-nın məlumatına görə, görüşün əsas müzakirə mövzusu İranın mübahisəli nüvə proqramı və Suriyadakı böhran olub.

S.Cəlili bildirib ki, İran “altılıq” ölkələrinin tezliklə müzakirə masasına oturmasını gözləyir: “İran 4 aylıq bir aradan sonra müzakirələrin yenidən başlayacağını və İranın istəklərinə cavab verəcəyini ümid edir. Biz hər zaman müzakirələrə hazırıq və “altılıq” ölkələrinin İranın təbii haqlarının təmin edilməsi məsələsində lazımi cavab verməsi vacibdir”. Suriya böhranına da toxunan İran rəsmisi Qərb ölkələrin mövqeyinin bu məsələdə yanlış olduğunu, ABŞ və İsrail rejiminin düşməncə siyasətinin uğursuzluğa uğradığını vurğulayıb.

S.Ryabkov isə Rusiyanın İran nüvə proqramını dəstəklədiyini deyərək, növbəti görüşdə “altılıq” ölkələrinin rəsmi Tehranın təklifinə cavab verməsinin lazım olduğunu bildirib. Rusiya rəsmisi vurğulayıb ki, Suriya böhranından yeganə çıxış yolu iqtidarla müxalifət arasında dialoqun başlaması və şiddətin durdurulmasıdır. S.Ryabkov Suriyadakı müxalif qrupların silahlandırılmasının bəzi ölkələrin yanlış siyasətinin bir parçası olduğunu da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR