AMB sədri: «Azərbaycanda nağdsız ödənişlərin inkişafı bank sisteminin potensialını 2 dəfə artıracaq»

AMB sədri: «Azərbaycanda nağdsız ödənişlərin inkişafı bank sisteminin potensialını 2 dəfə artıracaq»
# 12 dekabr 2012 11:19 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib: «Nəhayət ki, biz bu proqramı bütün müvafiq nazirliklərlə razılaşdıra bildik».

E.Rüstəmov ödəniş sistemləri və nağdsız ödənişlərin inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda ödəniş sisteminin infrastrukturu artıq yaradılıb və bu sistem daha da inkişaf etdiriləcək.

E.Rüstəmov bu sahədə ciddi dəyişikliklərin baş verməsinin vacib olduğunu bildirib: «Bu işdə bizim də, Vergilər Nazirliyinin və digər qurumların da fikri bundan ibarətdir ki, bu sahədə dönüşə nail olmalıyıq. Bu həm mühüm iqtisadi, həm də sosial məsələdir». Baş bankir bildirib ki, buna nail olunarsa, bank sektorunun aktivləri, resursları və potensialı təqribən iki dəfə arta bilər.

«Bu həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üçün geniş imkanlar açardı. Bizdə bununla bağlı bütün hesablamalar aparılıb, hüquqi baza yaradılıb və hesab edirəm ki, aktiv idarəetmə vasitəsilə biz mərhələlərlə buna nail olacağıq», - deyə AMB sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR