“Xəzər Lənkəran” “Neftçi” klubunu məğlub edib

“Xəzər Lənkəran” “Neftçi” klubunu məğlub edib
# 14 dekabr 2012 15:11 (UTC +04:00)

Bu gün futbol üzrə Azərbaycan çempionatında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk qarşılaşması Lənkəranda baş tutub.

Turun mərkəzi matçında “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edib. Prinsipial rəqibi ilə xal fərqini aradan qaldırmağa çalışan meydan sahibləri erkən qolla hesabı açıblar. Künc zərbəsindən sonra Dmitrios Sialmas fərqlənib.

Bu qoldan sonra lənkəranlılar bir neçə dəfə 2-ci qolu vurmaq imkanı əldə ediblər. Lakin son oyunlarda olduğu kimi, yenə də cənublular bu şanslardan yararlana bilməyiblər.

Əvəzində qonaqlar bərabərlik qolu vurublar. “Neftçi” buna penalti zərbəsindən sonra nail olub. Fariz Yusifovun təyin etdiyi zərbəni Orxan Sadıqlı dəf etməyi bacarsa da Nikolas Kanales təkrar zərbə ilə hesabı bərabərləşdirib.

Bundan sonra da bir neçə qol imkanını qaçıran “Xəzər Lənkəran” yalnız matçın sonlarında istəyinə çatıb. “Neftçi”nin müdafiəçisi Mahir Şükürovla qapıçı Saşa Stamenkoviçin kobud səhvindən sonra Adrian Pit komandasına qələbə qazandıran topu vurub.

Qələbə sayəsində xallarının (24) sayını “Neftçi”yə çatdıran cənublular şəxsi görüşlərdə də bərabərliyə (1:2, 2:1) nail olub. Yalnız qələbə sayındakı üstünlüyə görə son çempion 5-ci, “Xəzər Lənkəran” 6-cı pillədə qalıb.

14 dekabr (cümə)
“Xəzər Lənkəran” – “Neftçi” - 2:1
QOLLAR: Sialmas, 7; Adrian Pit, 84 - Kanales, 52 (penaltidən)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Lənkəran şəhər mərkəzi stadionu

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov
Baş məşqçi: Karles Bakes
“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 14. Bahodir Nasimov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev

komanda

o

q

h

m

t

x

1

Qarabağ

16

7

6

3

22-16

27

2

İnter

15

7

6

2

15-6

27

3

Simurq

16

7

6

3

19-11

27

4

Qəbələ

16

7

4

5

19-17

25

5

Neftçi

14

8

0

6

29-17

24

6

Xəzər L

17

6

6

5

24-17

24

7

AZAL

15

5

6

4

19-15

21

8

Turan

15

5

4

6

19-20

19

9

Bakı

14

3

8

3

14-11

17

10

Rəvan

16

4

4

8

14-25

16

11

Sumqayıt

16

3

5

8

12-29

14

12

Kəpəz

16

2

3

11

10-32

9


Bombardir: Nikolas Kanales (Neftçi) - 14

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR